DÜNYA


Sərxoş vəziyyətdə nalayiq hərəkətlər edən erməni əsgəri həbs olunub

Bakı, 7 iyun, AZƏRTAC

Ermənistan ordusunun şəxsi heyəti arasında geniş vüsət almış spirtli içkilərə meyillilik halları və bu səbəbdən baş verən cinayətlər artmaqda davam edir.

AZƏRTAC bu ölkənin KİV-lərinə istinadla xəbər verir ki, bu günlərdə sərxoş vəziyyətdə nalayiq hərəkətlər edən daha bir erməni əsgər hərbi polis tərəfindən həbs edilib.

Hərbi hissədə sürücü vəzifəsində xidmət edən Armen Malxasyan böyük miqdarda spirtli içki qəbul etdikdən sonra yaşayış məntəqəsində mülki vətəndaşlara qarşı nalayiq hərəkətlər etdiyi üçün həbsxanaya yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.