ELM VƏ TƏHSİL
Səsin emosional çalarlarını müəyyənləşdirə bilən qurğu
Bakı, 14 fevral, AZƏRTAC
Massaçusets Texnologiya İnstitutunun alimləri danışıq tonunu (xoşbəxt, kədərli və ya neytral) müəyyənləşdirə bilən sistem hazırlayıblar. Yeni hazırlama Asperqera sindromundan və danışıq vasitəsilə emosiyanı düzgün ifadə etməyə mane olan digər problemlərdən əziyyət çəkən insanların həyatını əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər. İdeya müəllifləri iddia edirlər ki, sistem ümumi danışıq tonunu 83 faiz dəqiqliklə müəyyənləşdirə bilir.
AZƏRTAC “innotechnews.com” saytına istinadla xəbər verir ki, qurğu düzgün işləsin deyə hər iki danışıq iştirakçısının məlumatlarını təhlil etməli, qeydə almalı və real vaxt rejimi ilə söhbətə nəzarət etməlidir.
Tərəflərin razılığı olmadan söhbətin qeydə alınması qeyri-qanuni hesab edilir, buna görə də qurğudan istifadə edəcək insan əvvəlcə şəxsi məxfilik məsələsini həll etməlidir.