DÜNYA


Səsli siqnal kağız biletləri əvəz edəcək

Bakı, 6 iyul, AZƏRTAC

“Ticketmaster” şirkəti “Lisnr” startapı ilə birgə yüksəktezlikli siqnallardan bilet qismində istifadəyə imkan verəcək texnologiya hazırlayır.

AZƏRTAC “Life” resursuna istinadən xəbər verir ki, 18,7-19,2 kilohers takt tezlikli siqnalı istənilən mobil qurğudan, məsələn, smartfondan səsləndirmək mümkündür. Bunun üçün qurğunu bilet haqqında informasiyanı oxuyaraq istifadəçinin şəxsiyyətini təsdiq edən xüsusi skanerə yaxınlaşdırmaq tələb olunur.

Mütəxəssislərin sözlərinə görə, texnologiya simsiz internetə çıxış, “Bluetooth” interfeysi və ya “NFC” modulundan istifadəni tələb etmir. Hazırlanan biletlərin tətbiqi üçün yeganə tələb olunan qurğu “Android” və ya “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon, eləcə də səsli siqnalları təhlil edən skanerdir.

Hazırda şirkətlər texnologiyanın təhlükəsizlik səviyyəsinin artırılması ilə məşğuldurlar. Həmçinin şirkətlərin nümayəndələri bildirirlər ki, texnologiyanın tətbiqi üçün az miqdarda maddi vəsaitə ehtiyac duyulur.

Məhsulun hazır versiyasının yaxın dörd il ərzində ərsəyə gətiriləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.