REGİONLAR
Səsvermənin gedişini izləyəcək müşahidəçilər üçün hər cür şərait yaradılıb VİDEO
Ağsu, 21 oktyabr, AZƏRTAC
87 saylı Ağsu-İsmayıllı seçki dairəsinə daxil olan 32 saylı seçki məntəqəsi 1 noyabr - parlament seçkilərinə tam hazırdır.
AZƏRTAC xəbər verir ki, Muradlı kənd tam orta məktəbində fəaliyyət göstərən seçki məntəqəsi Muradlı və yaxınlıqdakı Dəllər kəndlərini əhatə edir. Son məlumata görə, məntəqə üzrə 366 nəfər seçici var. Seçicilərin siyahısı məntəqədə xüsusi lövhədən asılıb.
Seçki məntəqəsində səsvermə prosesinin yüksək səviyyədə, demokratik və şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb. Bununla əlaqədar məntəqənin sədri Mahmud Məmmədov AZƏRTAC-a bildirib ki, səsvermədə hər kəs öz iradəsini sərbəst ifadə edə biləcək. Lazımi inventar və avadanlıqlarla təchiz olunan məntəqədə seçicilərin sərbəst seçim etmələri üçün 6 kabinə hazırlanıb. Səsverməyə gələ bilməyən əlil və xəstə insanlar üçün səyyar qutu, habelə avtomobil ayrılıb. Fasiləsiz elektrik enerjisi ilə təminat məqsədilə generator gətirilib, telefon xətti çəkilib.
Həmçinin səsvermənin gedişini izləyəcək müşahidəçilər üçün də hər cür şərait yaradılıb. Hazırda seçicilərə bildiriş vərəqələri paylanır.