ELM VƏ TƏHSİL


“Səthlərin nanostrukturlaşdırılması” monoqrafiyası çapdan çıxıb

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan alimləri – Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun həmmüəllifləri olduqları “Səthlərin nanostrukturlaşdırılması” monoqrafiyası nəfis tərtibatda nəşr olunub.

AZƏRTAC xəbər verir ki, əsər dörd bölümdən və ümumilikdə 320 səhifədən ibarətdir. Monoqrafiyanın elmi redaktoru Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Dövlət mükafatları laureatı akademik Boris Qusevdir.

Kitabda səth qatlarının nanostrukturlaşdırma prinsipləri və örtüklərin çəkilməsi məsələləri əksini tapıb. Həmçinin nanotexnologiya yanaşmalarının həyata keçirilməsinin bəzi nümunələrinə baxılıb və onların təcrübədə istifadəsinin üstünlükləri göstərilib. Materialların səth qatlarının nanostrukturlaşdırma yolu ilə möhkəmləndirilməsinin yeni metodları, nanostrukturlu örtüklərin çəkilməsi, submikrokristallik strukturun daxili sərhədlərin bölünməsinin formalaşmasına baxılıb.

Metalların səthində nazik pərdələrin artmasının modelləşdirilməsi, fraktal metod yanaşmaları inkişaf etdirilib, büzmənin kinetikası təhlil edilib və nazik pərdələrin artmasının ədədi modelləşdirməsi göstərilir.

Kitab bərk cismin mexanikası və plastiklik və möhkəmlik fizikası, fiziki materialşünaslıq sahəsində çalışan elmi-texniki mütəxəssislər üçün nəzərdə tutulub, həmçinin müəllimlər, aspirantlar və ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri üçün də faydalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.