Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Səttar Möhbalıyev: Azərbaycanda korporativ sosial məsuliyyət nümunələri geniş şəkildə müşahidə edilməkdədir

Səttar Möhbalıyev: Azərbaycanda korporativ sosial məsuliyyət nümunələri geniş şəkildə müşahidə edilməkdədir

Bakı, 27 yanvar, AZƏRTAC

Sürətli inkişaf yolu keçən Azərbaycanda korporativ sosial məsuliyyət nümunələri geniş şəkildə müşahidə edilməkdədir. Əslində Azərbaycanda korporativ sosial məsuliyyət prinsipləri hələ XIX əsrin sonlarında neft maqnatları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və digər sahibkarlar tərəfindən görülən xeyriyyəçilik tədbirlərində öz əksini tapmışdır. Həmin vaxtlar Bakıda məktəblərin, sağlamlıq və mədəniyyət ocaqlarının tikintisinə, Bakı Su Kəmərinin çəkilişinə, Bakı Dövlət Universitetinin yaradılmasına, həmçinin Avropa Universitetlərinə göndərilən gənclərə maddi yardımın göstərilməsinə xeyli vəsait ödənilmişdir. Hazırda ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır, sahibkarlar üçün əlverişli şərait yaradılır və belə olan təqdirdə biznes nümayəndələri daha çox gəlir əldə etməyə başlayırlar və elə bu zaman da onların cəmiyyət qarşısında sosial məsuliyyətləri meydana çıxmış olur. Dövlətimizin başçısı İlham Əliyev öz çıxışlarında işəgötürənlər tərəfindən sosial məsuliyyətin vacibliyinin nəzərə alınmasını tövsiyə edərək demişdir: “Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”. Ölkəmizdə bir sıra şirkətlər bu gün könüllü şəkildə sosial məsuliyyətə qoşulmuşlar. Heydər Əliyev Fondu, “Paşa Holdinq”, “AzerQold” Qapalı Səhmdar Cəmiyyəti və bir sıra banklar, özəl təşkilatlar müxtəlif xeyriyyəçilik tədbirləri həyata keçirməklə bütövlükdə ölkənin tərəqqisinə müsbət təsir göstərirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramların icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimində çıxışı zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu gün korporativ sosial məsuliyyət prinsiplərinin ən yaxşı nümunələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının birinci müavini, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilməkdədir: “Məhz onun rəhbərliyi ilə Heydər Əliyev Fondu korporativ sosial məsuliyyətin əsas prinsiplərini reallaşdırır, cəmiyyəti narahat edən sosial problemləri həll edir, insanların həyat şəraitinin, təhsilinin səviyyəsinin, sağlamlığının yüksəldilməsi üçün layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə xeyli sayda körpələr evi, uşaq bağçaları, məktəblər, valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclər üçün yaşayış binaları, səhiyyə, mədəniyyət ocaqları tikilir, 2020-ci il Vətən müharibəsi döyüşlərində yaralanmış əsgər və zabitlərin xarici ölkələrə müalicəyə göndərilməsi və onların yüksək texnologiyalı protezlərlə təmin edilməsi həyata keçirilən bir çox sosial əhəmiyyətli tədbirlərin bir qismidir. Heydər Əliyev Fondunun xeyriyyəçilik tədbirləri ilə bağlı Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında etdiyi çıxışında demişdir: “Azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək”. Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eyni zamanda, Avropada, Asiyada, hətta Afrikada da müxtəlif sosial layihələr reallaşdırmaqla bütün dünyaya korporativ sosial məsuliyyətin nümunəsi təqdim edir”.

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları işçilərin sosial və iqtisadi mənafelərini müdafiə edən təşkilat kimi sosial tərəfdaşlarla əməkdaşlığı korporativ sosial məsuliyyət çərçivəsində də davam etdirir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında bağlanan “Həssas əhali qruplarının özünün məşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memoranduma” uyğun olaraq Nazirliyin Dövlət Məşğulluq Agentliyinin hesabına 200.000 (iki yüz min) manat vəsait köçürülüb. Bu layihə çərçivəsində nəzərdə tutulan tədbirlər həyata keçirilib. AHİK xeyriyyəçilik tədbirlərini davam etdirərək Azərbaycan Milli Elmlər Akademiyasına maliyyə dəstəyi göstərmək məqsədilə ulu öndər Heydər Əliyevin (95 illik) yubileyi münasibətilə gənc alimlərin qrant müsabiqəsinin və Azərbaycan Elm Festivalının təşkilinə ümumilikdə 30.000 manat maddi vəsait ayırıb. Təhsildə yüksək göstəricilər əldə edən 130 tələbəyə hər il ümumilikdə 38.000 manat adlı təqaüd, aztəminatlı ailələrdən olan 255 tələbəyə pulsuz yemək üçün 90.000 manata yaxın vəsait xərclənib, ehtiyacı olan tələbələrin təhsil haqqı ödənilib. 2020-2021-ci illər ərzində Təhsil Kredit Fonduna 100.000 manat vəsait köçürülüb”, - deyə AHİK sədri bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları Birinci Qarabağ müharibəsi dövründə olduğu kimi, Vətən müharibəsi dövründə də şanlı Ordumuza, əsgər və zabitlərimizə, eyni zamanda, arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirib: “Vətən müharibəsi dövründə AHİK İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 1 milyon 36 min 815 manat ianə olunub, Qarabağ Dirçəliş Fonduna 600 min manat vəsait köçürülüb, “Yaşat” Fonduna 594 min 770 manat ianə edilib. Bundan əlavə Silahlı qüvvələrə və cəbhə bölgəsinə 1 milyon 610 min 771 manat maddi yardım olunub. Həmçinin qeyd edək ki, 13 min 735 şəhid ailəsinə və qaziyə 1 milyon 915 min 913 manatlıq birdəfəlik yardım göstərilib. 172 şəhidin 286 övladı 18 yaşına çatanadək himayəyə götürülüb. Bütün bunlarla yanaşı, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması məqsədilə istəklərinə uyğun olaraq sanatoriya-kurort yollayışları ilə təmin olunurlar. Pandemiya dövründə AHİK və onun üzv təşkilatları tərəfindən (2020-2021-ci ilin 9 ayı) ümumilikdə 16 milyon 25 min 177 manat məbləğində maddi və ərzaq yardımları göstərilib. Koronavirusla Mübarizəyə Dəstək Fonduna 632 min 672 manat, “Regional İnkişaf” İctimai Birliyinin hesabına 705 min manat vəsait köçürüb. 114 min 724 aztəminatlı ailəyə 4 milyon 833 min 163 manatlıq yardım edilib, o cümlədən 76 şəhər və rayonda yaşayan aztəminatlı ailələrə iki dəfə ərzaq sovqatları paylanıb. Bunlarla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər il “İlin ən yaxşı müəssisəsi (təşkilatı)” başlığı altında müsabiqə keçirir ki, bu müsabiqədə əməyin, ətraf mühitin mühafizəsi məsələsi önə çəkilir və qalib müəssisələr müxtəlif nominasiyalar üzrə mükafatlandırılırlar”.

Sosial məsuliyyət anlayışının çox geniş və dərin mənası olduğunu vurğulayan S.Möhbalıyev deyib: “Burada əsasən üç sahə - maliyyə, onun fəaliyyətinin cəmiyyətə və ətraf mühitə, ekologiyaya təsiri əsas götürülür. Bu, təkcə biznesə deyil, hökumətə, ictimai və könüllü təşkilatlara aiddir. Bu səbəbdən də hamı əlbir olmalı, Korporativ Sosial Məsuliyyət konsepsiyasının həllinə bərabər çalışmalıyıq. Tədbirin proqramına əsasən işəgötürənlərin müxtəlif nominasiyalar

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib