CƏMİYYƏT


Səttar Möhbalıyev: Hər şəhid ailəsi və qazinin müraciəti nəzarətə götürülür

Bakı, 9 avqust, AZƏRTAC

Hər bir şəhid ailəsi və yaxud Qarabağ müharibəsi qazisinin müraciəti xüsusi nəzarətə götürülür.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə açıqlamasında bildirib.

AHİK-in strukturundakı sanatoriya və istirahət evlərinə göndərişlərin ayrılması zamanı bu kateqoriyadan olan insanların hər bir müraciətinə həssaslıqla yanaşmanın cəmiyyətimizin sabahı üçün ən zəruri addım olduğunu qeyd edən Səttar Möhbalıyev bunun daha çox mənəvi norma olduğunu xatırladıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.