Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Səttar Möhbalıyev: Peyvənd olunmaq koronavirusu həyatımızdan çıxarmağın yeganə yoludur

Səttar Möhbalıyev: Peyvənd olunmaq koronavirusu həyatımızdan çıxarmağın yeganə yoludur

Bakı, 22 iyun, AZƏRTAC

“Birmənalı olaraq deməliyik ki, Azərbaycan dövləti pandemiya ilə mübarizənin ilk günlərindən əhalinin həm sağlamlığını, həm də yüksək rifahını qorumaq üçün bütün lazım olan tədbirləri vaxtında və ən effektiv şəkildə həyata keçirib. Əgər bu gün Azərbaycan dünyada pandemiyanın qurbanlarının sayına görə sonuncu yerlərdə olan ölkələrdən biridirsə, bu da məhz dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin nəticəsidir. Lakin indi artıq koronovirusdan, sadəcə, qorunmağın deyil, onu həyatımızdan tamamilə çıxarmağın vaxtıdır. Buna isə yalnız və yalnız vaksinasiya ilə nail olmaq olar”.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

O bildirib ki, əslində, təkcə Azərbaycanda deyil, bütün dünyada pandemiya ilə mübarizə tədbirlərinin əsas məqsədi məhz vaksin tapılan vaxta qədər insan tələfatını minimuma endirmək idi. Koronavirusun tamamilə aradan qaldırılması isə yalnız kütləvi peyvəndolunma yolu ilə baş tuta bilər: “COVID-19 pandemiyası bütün dünya üçün çox böyük sınaq idi. Daha doğrusu bu sınaq hələ də davam edir. Azərbaycan çox az ölkələrdəndir ki, bu sınaqdan da minimal itkilərlə çıxmaqdadır. Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı. Həyata keçirilən bütün bu tədbirlər tezliklə öz müsbət təsirini göstərdi. Möhtərəm dövlət başçımız 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”. Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Lakin az öncə də dediyim kimi, bütün bu tədbirlər yalnız xəstəliyə qarşı effektiv vaksin tapılana qədər ölkə daxilində insanlarımızın həyat və sağlamlıqlarını maksimum qorumaq, insan tələfatını və iqtisadi ziyanı minimuma endirmək məqsədilə həyata keçirilirdi. Və bu məqsədlərə yüksək səviyyədə nail olundu. Amma əgər söhbət pandemiyanın ümumiyyətlə həyatımızdan çıxmağından gedirsə, bu zaman görülən bütün profilaktik qabaqlayıcı tədbirlər belə qətiyyən kifayət etmir. O cümlədən sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi fərdi şəkildə həyata keçirilən tədbirlər də insanların koronavirusa yoluxmayacaqlarına zəmanət vermir. Yalnız peyvənd immun sistemimizi virusla effektiv mübarizə aparmağa hazır edir. Məhz bu səbəbdən də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi vaxtında daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Məhz bu addımın nəticəsidir ki, bu gün dünyada peyvənd preparatlarının defisiti yaşandığı halda belə ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var ki, onların da hər biri effektiv və təhlükəsizdir”.

Həmçinin Səttar Möhbalıyev müxtəlif yoluxucu xəstəliklərlə mübarizədə kütləvi vaksinasiyanın yeni bir üsul olmadığını da qeyd edərək, cəmiyyətimizin, eləcə də bütün bəşəriyyətin normal həyat tərzinə qayıda bilməsi üçün bunun yeganə yol olduğunu deyib: “Əslində, bu gün COVID-19-a qarşı kütləvi vaksinasiyanın bir mövzu kimi müzakirə olunması zənnimcə, heç bir məntiqi əsasa dayanmır. Məsələ bundadır ki, peyvənd heç də yeni bir müalicə üsulu deyil. İnsanlıq əsrlər boyu taun, vəba, yatalaq və digər bu kimi qorxulu xəstəliklərin epidemiyasına mütəmadi olaraq məruz qalıb. Bu da məlumdur ki, yoluxucu xəstəliklərin hər belə həmləsi minlərlə, on minlərlə insanın həyatına son qoyub. Yalnız son yüz ildə ayrı-ayrı ölkələrdə insanların kütləvi peyvənd olunmaları üsulu tətbiq edilməyə başladıqdan sonra bəşəriyyət bir çox qorxunc yoluxucu xəstəliklərdən tam qurtulub. Bir misal çəkək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hələ ötən əsrin 60-cı illərində qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon insan ölürdü. 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80 faiz azalıb. Təbii ki, belə faktlardan olduqca çox sayda göstərmək olar. Bu gün də bəşəriyyət növbəti belə bir ağır sınaqla üz-üzədir. Və əgər dünya alimləri COVID-19-a qarşı vaksin preparatlarını nəhayət ki, yarada biliblərsə, o zaman bu, bəşəriyyətin bir xilas olma şansıdır. Vaksinasiya yenidən sağlam və normal həyata dönüş deməkdir. Vaksinasiya iqtisadiyyatın, təhsilin, mədəniyyətin, turizmin, idmanın, beynəlxalq əlaqələrin və ümumiyyətlə bütün sahələrin yenidən dirçəlişi deməkdir. Ən əsası isə, vaksinasiya uşaqlarımızın sağlam gələcəyinin yeganə təminatıdır. Buna görə də mən bir daha hər kəsi bu məsələdə son dərəcə məsuliyyətli və aktiv olmağa, bütün çətin dönəmlərdə olduğu kimi, birlik və həmrəylik nümayiş etdirməyə çağırıram”.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

® Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul olub

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib