Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Səttar Möhbalıyev: Prezidentin Sərəncamı ilə 27 sentyabrın Anım Günü kimi qeyd olunması şəhidlərimizə ən ali ehtiramın göstəricisidir

Səttar Möhbalıyev: Prezidentin Sərəncamı ilə 27 sentyabrın Anım Günü kimi qeyd olunması şəhidlərimizə ən ali ehtiramın göstəricisidir

Bakı, 27 sentyabr, AZƏRTAC

Ermənilər çirkin məqsədlərlə Azərbaycan ərazilərinə köçürülməyə başladığı ilk gündən tarix bu xalqın təcavüzkar, işğalçı, xain xislətinə, pozucu, dağıdıcı, barbar xarakterinə şahidlik edib. Tarixin hər bir məqamında bu toplum yaxşı heç nə ilə yadda qalmayıb. Daim uydurduqları, mövcud olmayan, yalançı keçmişlərini xatırlayaraq guya sahib olduqları böyük ərazilərdən danışıb onu bərpa etmək xülyalıları ilə yaşayıblar. Bu məqsədlə havadarlarının köməyi sayəsində insanlıq əleyhinə yönəlmiş, həmişə lənətlənəcək dəhşətli cinayətlərə əl atıblar. Bu toplumun, demək olar ki, bütün maraqları, məqsədləri, ideyaları təcavüzkar xarakter daşıyır, humanizm, insanpərvərlik, dostluq, ümumiyyətlə, bunlara yaddır, bütün əməllərinin başında isə xəyanət və böhtan dayanır. Torpaqlarımıza ayaq basdıqları vaxtdan ərazilərimizin sahibi kimi özlərini göstərməyə başladılar, Azərbaycan toponimlərini dəyişməyə, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Qəsbkar əməllərini həyata keçirmək üçün isə həmişə keçid dövrlərini, siyasi kataklizmləri özləri üçün əlverişli hesab edərək müxtəlif cinayətlər törətmiş, minlərlə soydaşımızı qətlə yetirmişlər. 1905-1907-ci, 1918-1920-ci illər xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.

Onun sözlərinə görə, ermənilər bədləkər xarakterlərini sovet dövründə də davam etdirərək ərazi iddiaları ilə çıxış etmiş, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması üçün əllərindən gələn bütün eybəcərlikləri və vəhşilikləri törətmişlər. Təkcə 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min soydaşımız deportasiya olunmuş, böyük məhrumiyyətlərlə üz-üzə qalmışlar. Onların yeni ərazilərə və uyğun olmayan iqlimə, həmçinin yeni həyat şəraitinə adaptasiyası uzun zaman tələb etmişdir. Sovet hakimiyyətinin çöküşü mərhələsində - 1988-ci ildə himayədarlarının köməyi ilə yenidən aktivləşən ermənilər daha 250 min azərbaycanlını öz doğma yurdlarından çıxartdılar və beləliklə, bütün insani dəyərləri və hissləri aşaraq monoetnik dövlətə çevrildilər. Bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Sovet Azərbaycanına rəhbərliyi dövründə ulu öndər Heydər Əliyev ermənilərin respublikamıza olan bütün planlarının qarşısında sipər çəkmişdi. Qarabağı Azərbaycandan qoparmaq istəkləri həmin dövrdə alt-üst oldu və anladılar ki, nə vaxta kimi Heydər Əliyev var, bu, mümkün olmayacaq. Odur ki, ulu öndər sovet rəhbərliyindən qərəzli şəkildə uzaqlaşdırıldıqdan sonra yenidən azğınlaşdılar və ərazi iddialarını ortaya atdılar.

“Azərbaycanlılara qarşı ermənilərin ən dəhşətli cinayətləri ötən əsrin 90-cı illərinin əvvəllərində bütün dünyanın gözü qarşısında baş verib. Səriştəsiz və bacarıqsız rəhbərlərin qeyri-peşəkar idarəçiliyi, hələ tam formalaşmamış dövlətdə mövcud olan boşluqlar, ordu quruculuğunun aparılmaması, iqtisadi və siyasi böhranın daha da dərinləşməsi ermənilərin təcavüzkar əməllərini həyata keçirmək üçün əlverişli məqam idi və bu fürsətdən xəyanətkarcasına yararlandılar. Torpaqlarımızın 20 faizini işğal etdilər, 1 milyondan artıq dinc azərbaycanlını yaşadığı ərazilərdən vəhşicəsinə çıxardılar, yaşayış məntəqələrimizi talan etdilər, tarixi mədəniyyət abidələrimizi viran qoydular, dünyada misli görünməmiş hərbi cinayətlər törətdilər. Başlıbel, Ağdaban və Bağanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasıdır. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı isə öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir”, - deyə Milli Məclisin deputatı bildirib.

“Təəssüf doğuran məqam isə humanizmdən, insan haqlarından, insanpərvərlikdən, demokratiyadan danışan dünya dövlətləri bu vəhşiliklərə susqun qaldılar, ikili mövqedən çıxış etdilər, işğalçını, qəsbkarı öz adı ilə çağırmadılar. Münaqişənin həlli məqsədilə yaradılmış Minsk qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı, illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Beynəlxalq hüquqa sadiqliyini həmişə nümayiş etdirən Azərbaycan münaqişənin sülh yolu ilə həllini istəyirdi, Ermənistan isə işğalçı siyasətini davam etdirərək təxribatlar törətmiş, təmas xətti boyunca dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Onların məqsədi Azərbaycanı işğalla barışmağa məcbur etmək idi. 2016-cı ildə baş vermiş xüsusi əhəmiyyət daşıyan Lələtəpə döyüşü, Ermənistanın apardığı, demək olar ki, bütün yalançı təbliğatı alt-üst etdi. Uydurduqları məğlubedilməz Ermənistan ordusuna sarsıdıcı zərbə endirildi, Azərbaycanın hansı yolla olur olsun öz ərazilərini işğaldan azad edəcəyini bir daha göstərdi. Tovuz döyüşləri də bunun davamıdır. Amma, təəssüflər olsun ki, düşmən bu məğlubiyyətlərdən dərs götürmədi, işğal siyasətini davam etdirərək 2020-ci il 27 sentyabr tarixində növbəti təxribata əl atdı, bu dəfə isə “məğlubedilməz ordu” 44 gün ərzində tamamilə məhv edildi. Beləliklə, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”, - S.Möhbalıyev qeyd edib.

AHİK sədri vurğulayıb ki, ta qədimlərə gedib çıxan Azərbaycan xalqının tarixində heç vaxt təcavüzkarlıq, işğalçılıq faktı olmayıb, amma işğala da heç vaxt boyun əyməmişik. Dünyaya səs salan qəhrəman sərkərdələrimiz sayəsində düşmənlərimizə həmişə yerini göstərmişik. Babək, Cavanşir, Şah İsmayıl Xətai, Cavad xan belə qəhrəmanlarımızdandır. Əsrlər keçsə də, qədirbilən xalqımız onları heç vaxt unutmur. Cəmi 44 gün davam edən Vətən müharibəsi və yenilməz Sərkərdə İlham Əliyev də bizim şanlı tariximizdir. Otuz ilə yaxın müddət ərzində işğal altında olan, hər bir azərbaycanlının dərd qaynağına çevrilən, xatırladıqca alnımızı qırışdıran Qarabağımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatik bacarığı, ali rəhbər keyfiyyətləri, güclü sərkərdəlik məharəti sayəsində böyük qəhrəmanlıqla azad edildi. Məhz ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyada özündən bəhs etdirdi. Qarşısıalınmaz Ordumuz taktiki baxımdan olsa belə, bir dəfə də geri addım atmadı, yalnız irəli hərəkət etdi. Yaralı əsgərlərimiz döyüş meydanını tərk etmirdi, belə vəziyyətdə də döyüşməyə çalışırdı. Bunu məhv edilmiş Ermənistan ordusunun canını qaçmaqla qurtarmış fərariləri də etiraf edirdilər. Hər bir əsgərimiz bizim üçün qəhrəmandır. Onlar bizim qamətimiz dikəltdilər, müzəffər, qalib bir xalqa çevirdilər, tariximizdə yeni bir qəhrəmanlıq dastanının banisi oldular.

Zəfərin qazanılmasında böyük pay sahibinin həm də şəhidlərimizin, qazilərimizin, veteranlarımızın valideynlərinin, ailə üzvlərinin olduğunu qeyd edən S.Möhbalıyev deyib: “Təbii ki, müharibə itkisiz ötüşmür, cəsur oğullarımızı itirdik. Amma buna baxmayaraq, şəhid anaları, ataları, onların həyat yoldaşları, övladları başını dik tutdu, əsl vətənpərvərlik ruhu nümayiş etdirdilər, Vətəni bütün dəyərlərdən ali hesab etdilər. Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu, şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramın əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir. İstər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğıları ilə əhatə olunublar. Hələ müharibənin gedişi zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ata-ana qayğısı ilə hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar. “Mən hər zaman qazilərin yanında olacağam”, - deyən Prezident İlham Əliyev, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini nümayiş etdirirdi. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər bir daha sübut edir ki, dövlətimiz hər zaman öz əsgərinin yanındadır. Keçirilən bütün tədbirlərdə onların qəhrəmanlıqlarından bəhs olunur, xalqımız mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

“Həmişə bizim olmuş Qarabağımızda şanlı bayrağımız bu gün qürurla dalğalanır. Bu, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ən böyük arzusu idi. Erməni vandalları tərəfindən talan edilmiş ərazilərimizdə hazırda abadlıq-quruculuq işləri aparılır. Qarabağın, Şərqi Zəngəzurun əsl sakinləri yaxın vaxtlarda öz ata-baba yurdlarına qayıdacaqlar, o torpaqlarda həyat yenidən güləcək. Artıq mədəniyyət paytaxtımız Şuşa şəhəri çox qonaqlı-qaralıdır, bir sıra əlamətdar tədbirlərə ev sahibliyi etməkdədir. Oradan ucalan musiqi səsi bütün dünyada eşidilir və bu, bizim hər birimizi böyük şövqlə qürurlandırır. İnanırıq ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da bütün sahələrdə uğurlarını davam etdirəcək və dünya dövlətləri arasında öncül yerini qoruyub saxlayacaq”, - AHİK sədri fikrini tamamlayıb.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb