CƏMİYYƏT


Səttar Möhbalıyev: Şəhid övladları 18 yaşınadək AHİK tərəfindən himayəyə götürülüb

Səttar Möhbalıyev: Şəhid övladları 18 yaşınadək AHİK tərəfindən himayəyə götürülüb

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasından 30 il keçir. Təşkilat ötən müddətdə səmərəli fəaliyyət göstərib və əhalinin əmək hüquqlarının qorunması istiqamətində müvafiq işlər görüb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasının 30 illiyi münasibətilə fevralın 7-də keçirilən tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

O bildirib ki, Həmkarlar İttifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiə edən AHİK-in 20 Yanvar və Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, həssas qrupdan olan digər insanların müdafiəsinin diqqətdə saxlanıldığını vurğulayıb. Qeyd edib ki, şəhid ailələrinin övladları 18 yaşınadək təşkilat tərəfindən himayəyə götürülüb.

AHİK-də Gənclər Şurasının fəaliyyət göstərdiyini qeyd edən sədr fəal gənclərin mükafatlandırıldığını bildirib, maddi imkanı aşağı olan tələbə-gənclərə kömək göstərildiyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.