DÜNYA


Səudiyyə Ərəbistanı 10,4 milyard dollar dəyərində iki iqlim layihəsinə start verir

Bakı, 28 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı bazar ertəsi, Şotlandiyada keçiriləcək COP26-dan bir neçə gün əvvəl, ekoloji və iqtisadi təşəbbüslərə təxminən 10,4 milyard dollar sərmayə qoymaq qərarını açıqlayıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd bin Salman “Yaxın Şərq Yaşıl Təşəbbüsləri Sammiti” zamanı regionda qapalı iqtisadiyyat texnologiyaları ilə investisiya fondunun yaradılması üzərində çalışdıqlarını bildirib.

O, həmçinin “Təmiz yanacağın həlli yollarının axtarışı üzrə qlobal təşəbbüs”ə start veriləcəyini qeyd edib. Bu iki layihənin təxminən 10,4 milyard dollara başa gələcəyi dəqiqləşdirilib. Səudiyyə Ərəbistanı 2060-cı ilə qədər karbon neytrallığına nail olmağa çalışır, bu prinsip insan mənşəli istixana qazlarının emissiyaları və atılması arasında müxtəlif yollarla tarazlığa nail olmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.