DÜNYA


Səudiyyə Ərəbistanı 20 ölkə ilə aviareyslərin qadağasını qüvvədə saxlayacaq

Qahirə, 21 aprel, AZƏRTAC

Səudiyyə Ərəbistanı hökumətinin mayın 17-dən etibarən beynəlxalq uçuşları bərpa etmək barədə qərarı COVID-19 pandemiyasının təhlükəli həddə olduğu 20 ölkəyə şamil edilməyəcək.

AZƏRTAC rəsmi SPA informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi uçuşların bərpa edilməyəcəyi ölkələrin adlarını açıqlayıb. Onların sırasında ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Yaponiya, Fransa, Misir də var. Bu qadağa uçuşlara icazə veriləcək ölkələrin aviaşirkətləri ilə Krallığa gələcək diplomatlara, həkimlərə və onların ailə üzvlərinə şamil edilməyəcək. Lakin həmin şəxslər Səudiyyə Ərəbistanına girişdən sonra 14 günlük karantin müddəti keçməli olacaqlar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.