DÜNYA


Səudiyyə Ərəbistanı ABŞ qoşunlarının ölkədə yerləşməsini təsdiq edib

Bakı, 20 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud regionda təhlükəsizlik və sabitliyin qorunması üçün ABŞ qoşunlarının bu ölkənin ərazisində yerləşdirilməsi qərarını təsdiq edib. AZƏRTAC rəsmi SPA informasiya agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Müdafiə Nazirliyi də bu məlumatı təsdiq edib.

Reuters agentliyinin xəbərinə görə, Səudiyyə Kralının bu addımı Vaşinqtonla Tehran arasında Fars körfəzində gərginliyin getdikcə artması fonunda verilib. İyulun 19-da Tehran Britaniya tankerini saxladığını bəyan edib və ABŞ Prezidentinin İrana məxsus pilotsuz aparatın vurulması barədə bəyanatını təkzib edib. SPA agentliyinin məlumatında bildirilir ki, ABŞ qoşunlarının Səudiyyə Ərəbistanında yerləşdirilməsi regionda sülhün və təhlükəsizliyin qorunması baxımından mühümdür. ABŞ rəsmiləri bildiriblər ki, Amerika hərbi kontingentinin tərkibinə 500 nəfərlik personal daxil olacaq. Bu hərbçilər Pentaqonun Yaxın Şərqdəki qoşunlarının tərkib hissəsidir. Ötən ay ABŞ bu regiona min nəfərlik hərbi kontingent göndərib. Prezident Donald Tramp Səudiyyə Ərəbistanını Vaşinqtonun Yazın Şərqdəki ən yaxın tərəfdaşı elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.