DÜNYA


Səudiyyə Ərəbistanı Bəhreynə neft nəql edən kəməri bağlayıb

Bakı, 16 sentyabr, AZƏRTAC 

Səudiyyə Ərəbistanının neft emalı zavodlarına dronlarla hücum nəticəsində dünya bazarlarında xam neftin qiymətlərində 1991-ci il Körfəz müharibəsindən sonra ən böyük sıçrayış baş verib. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, ABŞ bu hücumlarda İranı ittiham edir. Tehran isə ittihamları rədd edərək, eyni zamanda, müharibəyə hazır olduğunu bəyan edib. Dronlu hücumlar üçün məsuliyyəti öz üzərinə götürən Yəməndəki Hutsi hərəkatı isə Səudiyyə Ərəbistanının neft yataqlarına yeni hücumlar olacağını vəd edib.

Reuters agentliyinə məlumat verən mənbələr qeyd ediblər ki, neft emalı zavodlarının fəaliyyətini tam bərpa etmək üçün bir neçə ay lazım olacaq. Əvvəllər bu prosesin bir neçə həftə davam edəcəyi bildirilirdi. Bazar ertəsinə keçən gecə 19 faiz artan xam neftin qiymətlərində yumşalma isə ABŞ Prezidentinin Birləşmiş Ştatlardakı ehtiyatları açacağı ilə bağlı bəyanatı olub. Tramp onu da bildirib ki, dronlarla hücum edənlərə qarşı tədbirlər Səudiyyə Ərəbistanının kimin təqsirkar olması barədə qərarından sonra veriləcək. ABŞ-ın Enerji naziri Rik Perri isə İranı “qlobal iqtisadiyyata və dünya neft bazarına hücum etməkdə” ittiham edib. O, Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin konfransında bütün ölkələri Tehranın bu hərəkətini pisləməyə çağırıb.

Sentyabrın 16-da Səudiyyə Ərəbistanı Bəhreynə neft nəql etdiyi boru kəmərini də bağladığını bəyan edib. Gündəlik 220,000-230,000 barrel xam neftin nəqlini həyata keçirən bu kəmərin fəaliyyəti “qara qızıl” hasilatının azalması ilə bağlı dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.