DÜNYA


Səudiyyə Ərəbistanı COVID-19-a görə “qırmızı siyahı”da olan ölkələrə səfərə gedənlərə səyahət qadağası tətbiq edəcək

Qahirə, 28 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanı hökuməti COVID-19 pandemiyasının geniş yayıldığı ölkələrin daxil olduğu “qırmızı siyahı”da olan ölkələrə səfərə gedənlərə üçillik səyahət qadağası tətbiq edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, vətəndaşların Əfqanıstan, Argentina, Braziliya, Misir, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Hindistan, Türkiyə və Pakistana səfər etmələri və ya bu ölkələrdən tranzit məqsədilə istifadəsinə dair qərar qüvvədə saxlanılıb.

Azərbaycan vətəndaşları qarşıdakı Ümrə ziyarəti, habelə səyahət üçün Səudiyyə Ərəbistanına COVID-19 əleyhinə vaksinasiya pasportu və PRC testinin neqativ nəticəsini təqdim etməklə səfər edə biləcəklər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.