DÜNYA
Səudiyyə Ərəbistanı Kralı ABŞ dövlət katibi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ər-Riyad, 14 yanvar, AZƏRTAC
ABŞ dövlət katibi Maykl Pompeo ərəb ölkələrinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gəlib.
AZƏRTAC SPA informasiya agentliyinə istinadla xəbər verir ki, yanvarın 14-də Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud öz iqamətgahında ABŞ dövlət katibini qəbul edib. Görüşdə iki ölkə arasında tarixi əlaqələrdən danışılıb, həmçinin Yaxın Şərqdəki son hadisələr müzakirə olunub.
Qeyd edək ki, ABŞ dövlət katibi Maykl Pompeo ərəb ölkələrinə yanvarın 8-dən başlanan səfəri çərçivəsində Misir, İordaniya, Bəhreyn və Qətərdə olub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]