Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda

Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, belə möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini xoş təəssüratlarla xatırlayıram.

Fürsətdən istifadə edərək müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 iyun 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin