DÜNYA


Səudiyyə Ərəbistanı “Lucid Motors”dan 100 min elektromobil alacaq

Səudiyyə Ərəbistanı “Lucid Motors”dan 100 min elektromobil alacaq

Qahirə, 27 aprel, AZƏRTAC

Səudiyyə Ərəbistanının hökuməti bəyan edib ki, ABŞ-ın “Lucid Mortors” şirkəti ilə 100 min ədəd elektromobilin alınmasına dair kontrakt imzalanıb.

AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı ətraf mühitin çirklənməsinin qarşısının alınması proqramı çərçivəsində krallığın yollarında elektromobillərin sayının artırılmasını nəzərdə tutur. Bu məqsədlə həyata keçirilən “Yaşıl təşəbbüs” layihəsi yaxın illərdə ictimai nəqliyyatda istifadə olunan benzin və dizel yanacağı ilə işləyən maşınların 30 faizinin elektromobillərlə əvəz edilməsini də ehtiva edir

Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi bildirib ki, elektromobillər Səudiyyə Suveren Fondunun vəsaiti hesabına alınacaq. Bundan başqa, yaxın gələcəkdə “Lucid Motors”un krallığın ərazisində ildə 150 min elektromobil istehsal edən zavodunun inşası üzrə də danışıqlar aparılır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.