SİYASƏT


Səudiyyə Ərəbistanı Məşvərət Şurasının sədri Azərbaycandadır

Bakı, 19 sentyabr, AZƏRTAC 

Səudiyyə Ərəbistanının Məşvərət Şurasının sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əl-Şeyx Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da Bakıda səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Abdullah bin Məhəmməd bin İbrahim Al Əl-Şeyxi Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.