SİYASƏT


Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir

Bakı, 8 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində, Silahlı Qüvvələrin Hərbi Akademiyasında, Təlim və Tədris Mərkəzində, Baş Klinik Hospitalında, “N” saylı hərbi hissədə və Hərb Tarix Muzeyində olublar.

Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.