İQTİSADİYYAT


Səudiyyə Ərəbistanı, Oman və Bəhreyndəki azərbaycanlıların hamısı Vətənə yola salınıblar

Qahirə, 30 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanda müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının ölkəmizə təxliyəsi prosesi başa çatdırılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, iyulun 11-də AZAL-ın çarter reysi ilə təxliyə zamanı COVID-19-a yoluxan və uça bilməyən 4 vətəndaşımız da müalicə olunaraq iyulun 27-də Azərbaycana göndərilib. Bundan başqa, səfirliyin təşkilatçılığı ilə bu gün 20 azərbaycanlı da Omanın paytaxtı Muskatdan Dubay vasitəsilə Vətənə yola salınıb. Onlar sabah Bakıda olacaqlar.

Beləliklə, Səudiyyə Ərəbistanında, həmçinin səfirliyin akkreditə olunduğu Oman və Bəhreyndə Vətənə təxliyə üçün müraciət edən vətəndaşlarımızın hamısı Azərbaycana yola salınıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.