DÜNYA
Səudiyyə Ərəbistanı Pakistanda böyük məscid kompleksi tikəcək
Qahirə, 2 may, AZƏRTAC
Səudiyyə Ərəbistanının Pakistanın paytaxt İslamabaddakı Beynəlxalq İslam Universitetinin kampusunda tikəcəyi Kral Salman bin Əbdüləziz Məscidi iki ölkə arasında son illər inkişaf edən dostluq münasibətlərinin rəmzi olacaq. AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri İmran Xanın müşaviri Hafiz Tahir Əşrəfi söyləyib.
Bir neçə bölmədən, o cümlədən böyük kitabxana, muzey, vəliəhd-şahzadə Məhəmməd bin Salmanın adını daşıyacaq auditoriya İslam mədəniyyəti və irsinin tədqiqi mərkəzinin yerləşəcəyi məsciddə eyni vaxtda 1200 dindar ibadət edə biləcək. Səudiyyə Ərəbistanı hökuməti tikintiyə ilk olaraq 3,3 milyon dollar vəsait ayırıb və yaxın günlərdə inşaat işlərinə başlanacaq.
Pakistan Beynəlxalq İslam Universitetinin rektoru Məsum Yasinzai bildirib ki, tələbələrə ərəb dili, şəriət qanunları və s. dərsləri keçmək üçün Səudiyyə Ərəbistanından 15 professor göndəriləcək. Bundan başqa, Kral tərəfindən universitetin 250 tələbəsinə təqaüd ayrılacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]