DÜNYA


Səudiyyə Ərəbistanı Sudanda hərbi keçid şurasının addımlarını dəstəkləyir

Ər-Riyad, 14 aprel, AZƏRTAC

Səudiyyə Ərəbistanı Sudanın hərbi keçid şurasının addımlarını dəstəkləyir.

AZƏRTAC SPA agentliyinə istinadla xəbər verir ki, Sudandakı vəziyyətlə bağlı verilən bəyanatda Səudiyyə Ərəbistanında qardaş ölkədə baş verən hadisələrin gedişatının yaxından izlənildiyi qeyd olunur. Bildirilir ki, Krallıq hərbi keçid şuranın bəyan etdiyi addımları dəstəkləyir. Ümid edir ki, bu addımlar Sudan xalqının milli maraqlarının təmin olunmasına və ölkədə təhlükəsizliyin, sabitliyin təmininə xidmət edəcək.

Həmçinin qeyd olunur ki, Səudiyyə Ərəbistanı Kralı qardaş Sudan xalqına humanitar yardımın (yanacaq, qida məhsulları və dərmanlar) göstərilməsi üçün Fərman imzalayıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.