DÜNYA


Səudiyyə Ərəbistanı Yəməndəki münaqişənin siyasi yolla həllinin tərəfdarıdır

Ər-Riyad, 16 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının Müdafiə nazirinin müavini Xalid bin Salman Al Səud rəsmi Ər-Riyadın Yəməndəki münaqişənin siyasi yolla həllinin tərəfdarı olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, o, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitslə görüşündən sonra öz “Twitter” səhifəsində yazıb.

Nazir müavini deyib ki, görüş zamanı Krallığın münaqişənin siyasi yolla həllini dəstəklədiyi və husilərin imzalanmış sazişlərə, o cümlədən Stokholmda əldə edilmiş razılaşmalara əməl etməsinin zəruriliyi vurğulanıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.