İDMAN


Səudiyyə Ərəbistanı basketbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Ər-Riyad, 19 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanı bu ilin oktyabrında basketbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə müqaviləni Ər-Riyadda Ərəb-Səudiyyə Olimpiya Komitəsinin sədri Əbdül Əziz bin Turki əl-Feysəlin iştirakı ilə Səudiyyə Ərəbistanı Basketbol Federasiyasının sədri Əbdül Rəhman əl-Musida və Beynəlxalq Basketbol Federasiyasının sədrinin birinci müavini Aqnessio Andres imzalayıblar.

Ciddə əyalətində keçiriləcək çempionatın Səudiyyə Ərəbistanının dünya idmanında mövqeyinin güclənməsinə töhfə verəcəyi bildirilir.

Aqnessio Anders çempionata ev sahibliyinə görə Səudiyyə Ərəbistanı Basketbol Federasiyasına minnətdarlığını bildirib, yarışların uğurla təşkil olunacağına əminliyini ifadə edib.

Əbdül Rəəhman əl-Musib öz növbəsində Ərəb-Səudiyyə Olimpiya komitəsinin sədri Əbdül Əziz bin Turki əl-Feysələ basketbol üzrə dünya çempionatının ölkədə keçirilməsini dəstəklədiyinə görə təşəkkürünü bildirib. O, bu çempionatın ən vacib idman hadisəsi olduğunu deyib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.