DÜNYA


Səudiyyə Ərəbistanı əfqanıstanlı nazirə viza verməkdən imtina edib

Səudiyyə Ərəbistanı əfqanıstanlı nazirə viza verməkdən imtina edib

Bakı, 6 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanının hakimiyyət orqanları “Taliban” hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin Həcc və vəqf işləri üzrə naziri Nur Məhəmməd Saqibə viza verməkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e Subh” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Ər-Riyad üç həftə əvvəl Saqibə viza verməmək qərarına gəlib. Nazir beş günlük seminarda iştirak etmək üçün Səudiyyə Ərəbistanına getməli idi. Qəzetin mənbəsi iddia edir ki, Taliban hərəkatının qızların təhsilinə məhdudiyyətlər qoyması səbəbindən Səudiyyə Ərəbistanı hakimiyyəti Saqibə viza verməkdən imtina edib.

Nəşr qeyd edib ki, Ər-Riyad və Kabil 30 min əfqanın Həcc ziyarəti üçün krallığa səfəri üçün müqavilə imzalamaq barədə razılığa gəliblər. Lakin Saqibin əvəzinə sənədi Talibanın Həcc və Vəqf İşləri Nazirliyinin maliyyə və inzibati idarəsinin rəhbəri imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.