DÜNYA


Səudiyyə Ərəbistanı ilə İsrail arasında neft boru kəməri çəkilə bilər

Bakı, 17 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı ilə İsrail arasında neft boru kəməri çəkilə bilər.

AZƏRTAC İsrailin “Globes” qəzetinə istinadla xəbər verir ki, rəsmi Tel-Əviv Səudiyyə Ərəbistanı ilə İsrail arasında neft boru kəmərinin çəkilməsi üçün rəsmi Ər-Riyada layihə təklif edəcək. Boru kəməri layihəsi Səudiyyə Ərəbistanı neftini İsrail vasitəsilə Aralıq dənizinə, daha sonra Avropa və Cənubi Amerikaya daha ucuz qiymətə və qısa müddətdə çatdırılmasını nəzərdə tutur.

Bu layihənin İsraillə diplomatik münasibətlərin yaradılmasına dair saziş imzalayan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəsilə təklif ediləcəyi bildirilir.

Layihənin həm İsrailə, həm də Səudiyyə Ərəbistanına sərf edəcəyi qeyd olunur. İsrailin layihəni nə zaman təklif edəcəyi və Səudiyyə Ərəbistanının bunda maraqlı olub-olmadığı barədə məlumat verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.