İQTİSADİYYAT


Səudiyyə Ərəbistanı ilə Rusiya “OPEC+”un qeyri-rəsmi iclasının keçirilməsinə çağırış edib

Bakı, 28 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak noyabrın 28-də videokonfrans formatında “OPEC+”un qeyri-rəsmi görüşünün keçirilməsinə çağırış edib və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasını tələb ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcədən planlaşdırılmayan bu görüş “OPEC+”un neft hasilatına dair məhdudiyyətləri təxirə salıb-salmayacağı barədə qərar verəcəyi JMMC-nin gündəlikdə olan iclasından iki gün əvvəl baş tutacaq.

Analitiklərin əksəriyyəti “OPEC+”un istehsalın bərpasını təxirə salacağını düşünür. Lakin bu qərar hələ ki, İraq, Nigeriya və Birləşmiş Ərəb Əmirliklərinin etirazları səbəbindən qəti deyil.

OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo isə neft hasilatının artırılacağı təqdirdə gələn il bazarda tədarük bolluğunun yaranacağını bildirib və kartel üzvlərini diqqətli olmağa çağırıb.

Qeyd edək ki, “OPEC+” mövcud istehsal məhdudiyyətlərinə dair plana dəyişiklik etməsə, koalisiya yanvar ayından etibarən hasilatı gündəlik 2 milyon barrel artırmağı planlaşdırır. Bu dəyişiklik 30 noyabr - 1 dekabr tarixlərində keçiriləcək Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasında əsas müzakirə mövzusu olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.