İQTİSADİYYAT


Səudiyyə Ərəbistanı neft ixracında liderdir

Səudiyyə Ərəbistanı neft ixracında liderdir

Bakı, 20 iyun, AZƏRTAC 

Səudiyyə Ərəbistanı neft ixracında liderdir.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin statistik hesabatında deyilir. Bildirilir ki, keçən il ən çox xam neft ixrac edən ölkə Səudiyyə Ərəbistanı olub. Neft ixracı 2016-cı ilə nisbətdə 4,7 faiz azalmasına baxmayaraq Səudiyyə Ərəbistanı ötən il 357 milyon 500 min ton neft ixrac edib.

Neft ixracına görə Səudiyyə Ərəbistanını ardıcıl olaraq 277 milyon 200 min tonla Rusiya və 189 milyon tonla İraq izləyir.

Keçən il qlobal neft ticarəti isə 2016-cı illə müqayisədə 3 faiz artaraq 2 milyard 184 milyon 200 min tona çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.