DÜNYA


Səudiyyə Ərəbistanı ölkəsinin Avropa Komissiyası tərəfindən pulları yuyan ölkələrin siyahısına salınmasına təəssüflənir

Ər-Riyad, 14 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı hökuməti Avropa komissiyasının bu sahədə qanunvericiliyi sərtləşdirməsinə baxmayaraq onu pulların yuyulması üçün kifayət qədər etibarlı mexanizmi olmayan və terrorizmi maliyyələşdirən ölkələrin siyahısına salmasından təəssüfləndiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cadaana açıqlama verib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı üçün pulların yuyulmasına və maliyyə terrorizminə qarşıdurma strateji prioritetdir və krallıq bu məqsədə çatmaq üçün qanunvericilik bazasının inkişaf etdirilməsini və möhkəmləndirilməsini davam etdirəcək.

Nazir, həmçinin Avropa Komissiyasının və Avropa parlamentinin nümayəndələrini ölkəyə dəvət edib ki, onlar yerində krallığın maliyyə cinayətləri ilə mübarizədə yerli, regional və beynəlxalq səviyyədə hansı tədbirlər görüldüyünü yoxlasınlar.

Məhəmməd əl-Cadaan xüsusi vurğulayıb ki, Səudiyyə Ərəbistanı Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirəcək. O, pulların yuyulmasına və maliyyə terrorizminə qarşıdurmada beynəlxalq və regional səviyyədə tədbirlərin gücləndirilməsini və dəstəklənməsini təmin etmək üçün Avropa İttifaqından olan tərəfdaşlarla konstruktiv dialoqa ümid etdiyini diqqətə çatdırıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbi

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.