DÜNYA


Səudiyyə Ərəbistanı qlobal qiymət artımının fəsadlarını önləmək üçün tədbirlər görür

Qahirə, 5 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanı hökuməti qlobal qiymət artımının əhaliyə mənfi təsirini azaltmaq məqsədilə 5,3 milyard dollar həcmində vəsait ayırdığını elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.

Agentliyin xəbərində bildirilir ki, krallıqda qlobal qiymət artımının təsirləri ilə bağlı vəliəhd şahzadə Məhəmməd bin Salmanın sədrliyi ilə keçirilən İqtisadi və İnkişaf Şurasının iclasında qəbul edilən müvafiq qərar Kral Salman bin Əbdüləzizin fərmanı ilə təsdiq olunub. Bu vəsaitin 2,7 milyard dolları əhalinin aztəminatlı təbəqələrinə sosial yardımlara və xırda mal-qara saxlayan fermerlərə ayrılıb. Qalan pul isə ölkənin ərzaq ehtiyatlarının artırılmasına sərf olunacaq.

Səudiyyə Ərəbistanı dünyada ərzaq qiymətlərinin durmadan artdığı bir şəraitdə qonşu ölkələrə də yardımlar edir. Krallığın Misir, Tunis, Yəmənə maliyyə yardımları milyardlarla dollar həcmindədir. Bundan başqa, Səudiyyə Ərəbistanı Afrika ölkələrinə də humanitar yardımlar göndərir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.