DÜNYA


Səudiyyə Ərəbistanı və Çin liderləri İrana çağırış ediblər

Səudiyyə Ərəbistanı və Çin liderləri İrana çağırış ediblər

Qahirə, 9 dekabr, AZƏRTAC

Ər-Riyadda rəsmi səfərdə olan Çin Xalq Respublikasının Sədri Si Cinpin və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz imzaladıqları birgə Bəyanatda İranı dövlətlərin daxili işlərinə qarışmamağa çağırıblar.

AZƏRTAC Saudi Press agentliyinə istinadla xəbər verir ki, iki ölkənin liderləri İranın nüvə proqramının dinc xarakter daşımasını təmin etmək üçün əməkdaşlığın gücləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Eyni zamanda, Ər-Riyad və Pekin Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa, “nüvə silahlarının yayılmaması rejimini qorumağa və mehriban qonşuluq və dövlətlərin daxili işlərinə qarışmama prinsiplərinə hörmətlə yanaşmağa” çağırıblar.

Bəyanatda qeyd olunub ki, tərəflər İranın dəstəklədiyi hutsilərin sülhə gətirilməsini təmin etmək məqsədilə BMT-nin Yəmən üzrə xüsusi elçisinin fəaliyyətini və Yəmən Prezident Şurasının səylərini müdafiə etdiklərini bəyan ediblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.