DÜNYA


Səudiyyə Ərəbistanı və Fransa hidrogen yanacağı ilə işləyən avtomobillər istehsal edəcəklər

Qahirə, 5 dekabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində “Aramco” enerji şirkəti və “Gaussin” korporasiyası arasında hidrogen yanacağı ilə işləyən avtomobillərin istehsalına dair Saziş imzalanıb.

AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Sazişdə hidrogen yanacağı ilə işləyən və sıfır karbon qazı emissiyası olan avtomobillərin istehsalı və tədarükü ilə yanaşı, onların hərəkəti üçün xüsusi trasların inşası da nəzərdə tutulub. Bu məqsədlə “Aramco”nun Yüksək İnnovasiya Mərkəzi yeni layihələr həyata keçirəcək. Sazişdə, həmçinin “Dakar” rallisinin Səudiyyə Ərəbistanı mərhələsinin hidrogen yanacağı ilə işləyən avtomobillərin hərəkət edəcəyi trasda keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, “Aramco” və fransız şirkətləri arasında süni intellekt və yaşıl texnologiyanın tətbiqi üzrə sazişlər, həmçinin “Airbus” ilə birgə hərbi aviasiya müəssisəsinin inşasına dair kontrakt da imzalanıb.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.