DÜNYA


Səudiyyə Ərəbistanında 40 mindən çox qadın sürücülük vəsiqəsi alıb

Ər-Riyad, 11 yanvar, AZƏRTAC

Səudiyyə Ərəbistanı Kralının qadınlara maşın sürməyə icazə verilməsi barədə fərmanından sonra 40 mindən çox qadın bu hüquqdan istifadə edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Nəqliyyat Departamentinin rəisi Məhəmməd əl-Bassami məlumat yayıb. Bildirib ki, ötən il iyunun 24-dən bəri qadınların maşın sürməsinə qadağa aradan qaldırıldıqdan sonra 40 mindən çox qadına sürücülük vəsiqəsi təqdim olunub. Onun sözlərinə görə, qadınların sürücülük vəsiqəsinin alınması prosedurunun sürətləndirilməsi üçün Krallığın müxtəlif regionlarında daha 14 sürücülük məktəbinin açılması nəzərdə tutulur.

Qeyd olunur ki, müvafiq fərman imzalandıqdan bir gün sonra 120 minə yaxın səudiyyəli qadın sürücülük vəsiqəsi üçün müraciət edib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.