DÜNYA


Səudiyyə Ərəbistanında ƏDV ödəyicilərini müəyyənləşdirmək üçün proqram təminatı yaradılıb

Bakı, 13 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanının Vergi Agentliyi vergiödəyicilərinə biznes tərəfdaşlığı etdikləri şəxslərin yeni əlavə dəyər vergisi (ƏDV) üzrə qeydiyyata alınıb-alınmadıqlarını dəqiqləşdirməyə imkan yaradan xüsusi mobil proqram təminatını istifadəyə verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həm “Apple store”dən, həm də “Google market”dən əldə edilməsi mümkün olan bu mobil proqram ayrı-ayrı şəxslər və müəssisələrin ƏDV üçün qeydiyyata alınmış müəssisələrlə əməkdaşlığı üçün yaradılıb.

Bu xidmətdən istifadə üçün vergiödəyiciləri ƏDV qeydiyyatı şəhadətnaməsindəki ştrix-kodu skan edə və ya hesab-fakturada göstərilmiş 15 rəqəmli ƏDV identifikasiya nömrəsini proqrama daxil edə bilər. Proqram təminatına hesab üzrə əmələ gəlmiş ƏDV-nin məbləğini düzgün hesablamaqda vergiödəyicilərinə kömək etmək üçün kalkulyator funksiyası da daxil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.