MƏDƏNİYYƏT


Səudiyyə Ərəbistanında Azərbaycan turizminin təbliğatı genişlənir

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanı Krallığında “Almosafer Academy” proqramı çərçivəsində müxtəlif təlimlər keçirəcək.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, 10 həftə davam edəcək proqram Krallığın aparıcı səyahət xidmətləri platforması olan “Almosafer” şirkətinin təşəbbüsü ilə reallaşacaq.

Təlimlərin keçirilməsinin əsas məqsədi Səudiyyə Ərəbistanının istedadlı gənclərini turizm sənayesinə cəlb etmək və turizm üzrə məsləhətçilərin yeni nəslini yetişdirməkdir.

Proqram iştirakçıları nəzəri biliklərlə yanaşı, müxtəlif tanışlıq səfərləri və destinasiya təlimlərində iştirak edərək praktik bacarıqlar da əldə edəcəklər.

Azərbaycanın geniş turizm imkanlarının tanıdılmasına, həmçinin Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turist sayının artırılmasına müsbət təsir göstərəcək təlimlərin təşkilatçılarından biri də Azərbaycan Turizm Bürosudur.

Layihədə Azərbaycan Turizm Bürosu ilə yanaşı, Dubay Turizm Təbliğat Bürosu, Mavriki Turizm Təbliğat Bürosu, Bəhreyn Turizm və Sərgilər Bürosu kimi qurumlar da iştirak edəcəklər.

Təlimlər haqda ingilis dilində daha ətraflı məlumat üçün bu keçiddən istifadə etmək mümkündür: http://bit.ly/2UNNkOH 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.