DÜNYA


Səudiyyə Ərəbistanında COVID-19-a yoluxma halları artıb

Qahirə, 5 iyul, AZƏRTAC

İyulun 5-də Səudiyyə Ərəbistanında COVID-19-a yoluxanların sayı 4 min nəfəri keçib.

AZƏRTAC xəbər verir ki, Krallığın Səhiyyə Nazirliyinin məlumatında son sutka ərzində 4128 yoluxma, 56 ölüm faktının qeydə alındığı bildirilib.

Məlumatda qeyd olunub ki, görülən bütün tədbirlərə baxmayaraq, COVID-19-a yoluxanların ümumi sayı 206 min nəfərə çatıb, 1858 pasiyent isə vəfat edib. Krallığın karantin xəstəxanalarında indiyədək 143 min nəfərdən çox insan müalicə olunaraq evə buraxılıb.

Son sutka ərzində Səudiyyə Ərəbistanında ən çox yoluxma halları Ər-Riyadda (360 nəfər) qeydə alınıb. Məkkədə 212, Mədinədə isə 142 nəfər yoluxub. Səhiyyə Nazirliyi əhaliyə toy və yas mərasimlərində bir yerə toplaşmamaq barədə müraciət edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.