DÜNYA
Səudiyyə Ərəbistanında COVID-19 əleyhinə peyvənd apteklərdə pulsuz paylanılacaq
Qahirə, 4 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanı hökuməti COVID-19-a qarşı peyvəndləmə kampaniyası çərçivəsində orijinal qərar verib. Krallığın rəsmi SPA agentliyinin xəbərinə görə, Səhiyyə Nazirliyi peyvəndlərin pulsuz olaraq apteklərdə paylanmasını həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının səhiyyə naziri Tefvik Əl-Rabiyə ölkədə dekabrın 17-də başlanmış peyvəndləmə kampaniyasının uğurla davam etdiyini, lakin bu prosesə daha çox insanın cəlb edilməsi üçün apteklərdə pulsuz peyvənd paylanacağını deyib.
Onun sözlərinə görə, peyvəndi alan vətəndaşlar onu özləri vurdura bilərlər. Bundan başqa, krallığın ərazisindəki bütün universitetlərin tibb fakültələri peyvəndləmə prosesini özləri aparacaq. Apteklərdə pulsuz peyvənd alanların adları elektron siyahıya salınacaq.
Pandemiya dövründə Səudiyyə Ərəbistanında COVID-19-a 378 min yoluxma, 65 minə yaxın ölüm faktı qeydə alınıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]