DÜNYA


Səudiyyə Ərəbistanında “Şayba” yatağına terror hücumu neft hasilatına və ixracına təsir etməyib

Ər-Riyad, 18 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanının Energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh bildirib ki, bu gün səhər saatlarında “Şayba” neft yatağındakı təbii qaz zavodunun bölmələrindən birinə minalanmış pilotsuz uçuş aparatı ilə hücumdan sonra baş vermiş yanğın söndürülüb.

AZƏRTAC SPA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, nazirin sözlərinə görə, bu terror hücumu krallıqda neft hasilatına və ixracına təsir etməyib. Səudiyyə Ərəbistanı bu hücumu kəskin şəkildə pisləyir və bu yaxınlarda krallığın neft kəmərləri, həmçinin körfəzin neft tankerləri daxil olmaqla qlobal neft təchizatı obyektlərinə yönəlmiş terror aktlarının davamı olduğunu bildirir. Nazir həyati vacib obyektlərin hədəfə götürülməsini təkcə krallığa deyil, dünya enerji resurslarının təchizatının təhlükəsizliyinə yönəldiyini xüsusi vurğulayıb.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.