DÜNYA
Səudiyyə Ərəbistanında helikopter istehsalı üzrə işlərə başlanılıb
Ər-Riyad, 12 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanın Baş Səmayə Fondu ilk milli şirkətin krallıq səviyyəsində kommersiya helikopterlərinin istehsalına başladığını elan edib.
AZƏRTAC xəbər verir ki, həmin şirkət ölkənin əsas şəhərlərində hava daşımaları xidmətlərini həyata keçirəcək, habelə Səudiyyə Ərəbistanın hər yerinə turist səfərləri təşkil edəcək. Helikopter istehsalı şirkəti 65 milyon Səudiyyə rialı məbləğində ilkin kapitalla təsis olunub və əsas məqsədi krallıqda turizm sahəsində və hava daşımaları üzrə lüks səviyyəni təmin etməkdir. Helikopter istehsal edəcək şirkətin iri şəhərlərdəki bu xidmətlərdə səmərəli iştirakı ölkədə turizmin inkişafına töhfə olacaq. O, həmçinin hava daşımaçılığı üzrə dünya standartlarında yüksək səviyyəli fəaliyyəti ilə uzaq turizm marşrutlarında təhlükəsizliyi təmin edəcək.
Bu təşəbbüs Fondun “Baxış-2030” strategiyasının reallaşdırılması çərçivəsində dayanıqlı gəlirlər əldə edilməsi və yeni sektorların istifadəyə verilməsi üzrə planına müvafiq olaraq irəli sürülüb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad