DÜNYA


Səudiyyə Ərəbistanında ilk dəfə qadınların orduda xidmət edəcəyi açıqlanıb

Qahirə, 21 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi öz rəsmi portalında ilk dəfə orduda muzdlu əsaslarla xidmət etmək istəyən qadınlardan müraciətləri qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Alarabia” telekanalı məlumat yayıb.

Zərif cinsin nümayəndələri quru, dəniz, hava, strateji raket qoşunlarında və tibb bölmələrində xidmətə götürəcək. Nazirlik bildirib ki, hərbi xidmətə qəbul edilən qadınlara sıravi əsgər və serjant rütbələri veriləcək. Bu yenilik Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2030-cu ilədək islahatlar proqramı çərçivəsində həyata keçirilir.

Hərbi xidmətə 21-40 yaşlarında və ən azı 155 santimetr boyunda, ali təhsilli, kriminal keçmişi olmayan və sağlam səudiyyəli qadınlar qəbul ediləcək. Həmçinin onlar əcnəbi vətəndaşlarla evli ola bilməzlər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.