İDMAN


Səudiyyə Ərəbistanında ilk qadın futbol liqasının təqdimatı olub

Qahirə, 10 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanında ilk qadın futbol liqasının təqdimatı olub.

AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, krallığın Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal yaxın aylarda futbol üzrə qadınlardan ibarət yığma komandanın da formalaşdırılacağını bildirib.

Ər-Riyadda keçirilən təqdimat mərasimində Səudiyyə Ərəbistanının idman naziri şahzadə Əbdüləziz Bin Turki Əl-Faysal ölkənin bütün bölgələrində yerli qadın futbol komandalarının yaradılacağı, onların milli çempionatda iştirak edəcəkləri barədə məlumat verib. O deyib ki, 2025-ci ilədək minə yaxın qadın futbolçunun yetişdirilməsi nəzərdə tutulur.

Krallıqda futbolun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən idman naziri bildirib ki, nazirliyin və federasiyanın əsas hədəfi Səudiyyə Ərəbistanının kişilərdən ibarət yığmasının dünyanın 20 ən yaxşı komandası sırasında olmasıdır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.