DÜNYA
Səudiyyə Ərəbistanında jurnalist Camal Qaşıqçının qətli barədə iş üzrə məhkəmənin ilk iclası keçirilib
Ər-Riyad, 3 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Müacib bildirib ki, bu gün Ər-Riyadda səudiyyəli məşhur jurnalist Camal Qaşıqçının keçən il oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsi barədə cinayət işi üzrə məhkəmənin ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, baş prokurorun sözlərinə görə, bu gün keçirilmiş birinci iclasda jurnalistin qətlində əli olmaqda ittiham edilən 11 nəfər məhkəmə qarşısına çıxarılıb. Baş prokurorluq beş müttəhim barəsində ölüm hökmü çıxarılmasını tələb edib.
Məlumatda bildirilir ki, C. Qaşıqçının qətlində ittiham edilən bir neçə şəxs barəsində təhqiqat davam edir. Türkiyənin məhkəmə hakimiyyəti orqanlarına bu iş üzrə onların əlində olan sübutların verilməsi xahişi ilə müraciət edilib, lakin bu müraciətə hələ cavab alınmayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]