DÜNYA


Səudiyyə Ərəbistanında koronavirusun “omikron” variantına ilk yoluxma qeydə alınıb

Qahirə, 1 dekabr, AZƏRTAC

Səudiyyə Ərəbistanında koronavirusun “omikron” variantına ilk yoluxma qeydə alınıb. AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, “omikron” variantına yoluxan şəxs Şimali Afrika ölkələrindən birinin vətəndaşıdır. “Bu şəxs və onunla təmasda olanlar karantinə alınıb və tibbi prosedurlar aparılıb”, - deyə nazirliyin rəsmisi bildirib.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi bir daha vətəndaşları və bu ölkədə müvəqqəti yaşayan əcnəbiləri tam vaksin olunmağa çağırıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı iki gün əvvəl “omikron” variantının qarşısının alınması məqsədilə Cənubi Afrikanın 7 ölkəsinə aviareysləri dayandırıb, həmçinin həmin ölkələrdən gələn vətəndaşlarının və əcnəbilərin vaksin olunmasına rəğmən 14 gün müddətinə karantinə alınması barədə qərar qəbul edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.