DÜNYA


Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə məqsədilə xüsusi orqan yaradılıb

Ər-Riyad, 7 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə məqsədilə xüsusi orqanın yaradılması barədə qərar qəbul edilib.

AZƏRTAC xəbər verir ki, yeni təsis olunmuş qurumun yaradılması Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın başlatdığı korrupsiya qarşı mübarizə kampaniyasının başa çatması ilə əlaqədardır.

Krallığın maliyyə idarəsinin yeni qurumun bir hissəsi olacağı və maliyyə əməliyyatlarına nəzarət funksiyası daşıyacağı bildirilir. Dövlət prokuroru Saud Əl Mucib bildirib ki, korrupsiyaya qarşı mübarizədə bütün ölkə məsuliyyət daşıyır və bu kimi hallara nəzarət edən qurumun olması lazımdır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.