DÜNYA


Səudiyyə Ərəbistanında xristian qəbiristanlığına bombalı hücum edilib

Qahirə, 11 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının Ciddə şəhərində xristian qəbiristanlığında ABŞ, Fransa, Yunanıstan, Böyük Britaniya və İtaliya diplomatlarının iştirakı ilə keçirilən I Dünya müharibəsi qurbanlarının xatirəsini anma mərasimində terror aktı törədilib.

AZƏRTAC xəbər verir ki, Xavayat qəbiristanlığının yaxınlığında iki bombanın partlaması nəticəsində Yunanıstan səfirliyinin əməkdaşı və Səudiyyə Ərəbistanı təhlükəsizlik xidmətinin zabiti yaralanıb, Böyük Britaniya diplomatı isə yüngül xəsarət alıb.

Səudiyyə Ərəbistanının Məkkə vilayətinin qubernatorluğu bu terror aktını “qorxaq hücum” adlandırıb və cinayətkarların aşkar edilməsi üçün genişmiqyaslı polis əməliyyatı həyata keçirildiyini bəyan edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.