SİYASƏT


Səudiyyə Ərəbistanında yaşayan soydaşlarımızla görüş keçirilib

Bakı, 8 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Ər-Riyad şəhərində yaşayan azərbaycanlılarla görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşü giriş sözü ilə açan Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Komitənin nümayəndə heyətinin bu ölkəyə səfərini yüksək qiymətləndirib.

Sonra çıxış edən Diaspora Komitəsinin sədri Fuad Muradov tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib. “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Koordinasiya şuralarının təsis olunmasının, Azərbaycan evlərinin yaradılıb soydaşlarımızın istifadəsinə verilməsinin, diaspor xəritəsinin və təbliğat məqsədilə hazırlanmış digər vasitələrin sosial şəbəkələrdə yayılmasının vacibliyini qeyd edib. Komitə sədri həmvətənlərimizi sosial şəbəkələrdə fəal olmağa, böyük diaspor ailəsinə qoşulmağa dəvət edib.

Diaspora Komitəsinin nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfər etməsindən məmnunluq duyduqlarını bildirən soydaşlarımız qarşılaşdıqları problemlərdən söz açaraq milli-mədəni dəyərlərimizin təbliği məqsədilə bu ölkədə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparıblar. Qaldırılan problemlərin bəzilərinə tədbirin gedişində aydınlıq gətirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.