DÜNYA


Səudiyyə Ərəbistanından olan təhqiqat qrupu itkin jurnalistlə bağlı İstanbula gəlib

Ankara, 15 oktyabr, AZƏRTAC 

İstanbulda Türkiyə və Səudiyyə Ərəbistanından olan birgə istintaq qrupunun ilk toplantısı keçirilib.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, təhqiqat qrupu Səudiyyə Ərəbistanı əsilli jurnalist Camal Kaşıkçının oktyabrın 2-də İstanbulda itkin düşməsi ilə bağlı Vətən prospektində yerləşən polis idarəsinə gəlib.

Qeyd edək ki, oktyabrın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud arasında məsələ ilə bağlı telefon danışığı olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.