İDMAN


Səudiyyə Ərəbistanının “Əl-Feyh” klubunun serbiyalı baş məşqçisi istefaya göndərilib

Ər-Riyad, 6 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanın “Əl-Feyh” futbol klubunun serbiyalı baş məşqçisi Slavolyub Muslin istefaya göndərilib.

AZƏRTAC xəbər verir ki, buna komandanın son vaxtlar sabit oyun göstərə bilməməsi səbəb olub.

S.Muslin 2018-ci ilin oktyabrında baş məşqçi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi ilə keçirdiyi 12 matçın altısında uduzub. Hazırda “Əl-Feyh” 16 komandanın iştirak etdiyi ölkə çempionatında 14-cü sırada qərarlaşıb.

Baş məşqçi kimi karyerasına 1988-ci ildə başlayan S.Muslin daha əvvəl Serbiya yığması ilə yanaşı, Rusiyanın “Lokomotiv”, “Krasnodar”, “Amkar” və s. klublarını çalışdırıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.