DÜNYA


Səudiyyə Ərəbistanının Hima tarixi rayonu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib

Qahirə, 27 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının Nəcran bölgəsində yerləşən Hima tarixi rayonu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə krallığın mədəniyyət naziri, şahzadə Bədr bin Abdulla bin Fərhan məlumat verib. O diqqətə çatdırıb ki, qədim qayaüstü rəsmləri ilə məşhur olan bu rayon təşkilat tərəfindən “bəşər irsinin universal dəyəri” kimi xarakterizə edilib.

Tarixən Həcc ziyarətinə gedən zəvvarların karvan yolunun üzərində yerləşən Hima tarixi rayonunda qədim bədəvi qəbilələrinin və səyahətçilərin çəkdikləri unikal qayaüstü rəsmləri və yazılar mövcuddur. Qədim heroqliflər musnad, tamud, nabateya qəbilələrinə və erkən ərəb mədəniyyətinə məxsusdur.

Hima tarixi rayonu Səudiyyə Ərəbistanının UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş altıncı irs nümunəsidir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.